...

AŞPA VƏ AP Azərbaycan, Türkiyə və Rusiyadan enerji tranzitinin təhlükəsizlik və diversifikasiyasına Ukrayna dəstəyini müzakirə edəcək

Energetika Materials 25 Noyabr 2006 12:49 (UTC +04:00)

Noyabrın 28-də Brüsseldə Avropa Şurası Parlament Assambleyası, sənaye, araşdırmalar və energetika üzrə Avropa Komitəsi və Avropa parlamentinin birgə iclası keçiriləcək.

Trend in xəbər verdiyi kimi, "Avropada enerji təhlükəsizliyinin təkmilləşdirilməsinə doğru" adlı görüşdə Ukraynanın Azərbaycan, Türkiyə və Rusiyadan enerji tranzitinin təhlükəsizliyi və diversifikasiyasına necə yardım göstərə bilməsi məsələsi müzakirə olunacaq. Bundan başqa, AB ölkələri vasitəsilə Trans-Avropa şəbəkəsi layihəsinin genişləndirilməsi məsələsi də müzakirə mövzusu olacaq. AŞPA nümayəndəsi Ursula Casek bu məsələ ilə bağlı məruzə ilə çıxış edəcək.

Görüşdə Rusiyanın AB ilə enerji sahəsində əməkdaşlığı, nüvə və bərpa olunan enerji strategiyalarında Avropanın enerji təhlükəsizliyinin genişləndirilməsinin səmərəliliyi, gələcəkdə AB-nin enerji təminatında kömürün hansı rol oynayacağı kimi məsələlər də nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti