...

"Azərenerji" Naxçıvan Muxtar Respublikasına tədarük olunan elektrik enerjisinə görə vəsait yığımını artırıb

Energetika Materials 1 Dekabr 2006 15:38 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasına tədarük olunan elektrik enerjisinə görə vəsait yığımının həcmi bu ilin oktyabr ayında 79,84% təşkil edib. Ötən ilin analoji dövrü ərzində vəsait yığımının həcmi 49,48% təşkil edib. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bu ilin 10 ayı ərzində 782 mln. 818 kVt/s həcmində istifadə olunmuş elektrik enerjisinə görə vəsait yığımı 49,39% təşkil edib. 2005-ci ilin yanvar-oktyabr ayları ərzində tədarük olunan 777 mln. 301 min kVt/s elektrik enerjisindən 40,08% vəsait toplanıb.

Xəbər lenti

Xəbər lenti