...

"Azəriqaz"ın prezidenti: "İstifadə etdikləri qazın pulunu ödəməyən on üç rayona ciddi xəbərdarlıq etmişik"

Energetika Materials 12 Dekabr 2006 14:03 (UTC +04:00)

İstifadə olunan qazın pulunu lazımı səviyyədə ödəyə bilmədiyinə görə hazırda bir rayona verilən qazın nəqli dayandırılıb. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə "Azəriqaz" Qapalı tipli Səhimdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov məlumat verib.

"Bəzi rayonlar isə qaz pulundan ödəniş etdiklərinə görə həmin rayonlara mavi yanacağın verilməsi bərpa olunub. On üç rayona isə ciddi xəbərdarlıq etmişik. Əgər dekabr ayının nəticələrinə görə, yığımda artım olmasa, xəbardarlıq edilən rayonların qazla təmin olunması dayandırılacaq. Bütün istehlakçılar bilməlidirlər ki, istifadə etdikləri qazın dəyərini tam olaraq ödəməlidirlər. Əks təqdirdə mülkiyyət formasından asılı olmayaraq onların qaz təminatı dayandırılacaq."

Ə.Məlikov bildirib k, bir müddət əvvəl beş rayonun-Masallı, Cəlilabad, Astara, İsmayıllı və Şamaxı rayonlarına verilən qazın nəqli dayandırılıb. "Hazırda yalnız Cəlilabada mavi yanacaq verilmir. Digər dörd rayon isə müəyən miqdarda ödəniş etdiklərinə görə, həmin rayonlara qazın verilməsi bərpa olunub."

Xəbər lenti

Xəbər lenti