...

"Azəriqaz" QSC istixanalara qaz verilməsini dayandırır

Energetika Materials 19 Dekabr 2006 15:09 (UTC +04:00)

İstixanalarda təbii qazın yanacaq qismində istifadə edilməsi ona gətirib çıxarır ki, digər abonentlər normal şəkildə qazla təmin oluna bilmirlər. Trend xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat verib.

Aparılan yoxlamalar nəticəsində istixana sahibləri tərəifndən sayğacların işinə çoxsaylı müdaxilələr, qeyri-qanuni qaz istifadəsi və qaz nəqli xətlərinə icazəsiz qoşulma faktları aşkar edilib.

"Azəriqaz"ın qərarına əsasən, 2007-ci il yanvarın 1-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün istixanalara qaz verilməsi dayandırılır və başqa yanacaqdan istifadə edilməsi təklif olunur.

İstixana sahibləri 2007-ci il 15 yanvarına qədər istixanalra daxil olan qaz xətlərinin ləğv edilməsi üçün şərait yaratmalıdırlar. Əgər qərar qüvvəyə mindikdən sonra qazdan istifadə halları aşkar edilərsə, pozuculara qarşı qanuna müvafiq şəkildə tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti