...

BP Azerbaijan "Şahdəniz" yatağında qaz hasilatının bərpa olunmasına hazırlaşır

Energetika Materials 9 Yanvar 2007 16:43 (UTC +04:00)

BP Azerbaijan "Şahdəniz" qaz-kondensat yatağında əvvəllər texniki problemlərin müşahidə olunduğu ilk istismar quyusuna qarışığın tökülməsini başa çatdırıb. Bu barədə Trend xəbər verir.

Azərbaycanın neft-qaz sektorundakı mənbələr qeyd edirlər ki, quyudakı texniki problemlər, demək olar ki, həll olunub, hazırda o, sınaqdan keçirilir.

"Yataqda qaz hasilatı yaxın günlərdə bərpa oluna bilər", - deyə mənbədən bildirilib.

Əvvəl "Şahdəniz" yatağında ilk qabaqlayıcı quyuda 800-900 metr dərinliyində qaz sızması aşkar olunub.

Fevral ayının ortalarında BP Azerbaijan "Şahdəniz" yatağında ikinci qabaqlayıcı quyunu işə salmaq niyyətindədir.

"Hazırda onun birləşdirilməsi və hasilatın başlanması üzrə işlər davam etdirilir", - deyə mənbədən bildirilib.

İlk quyuda qaz hasilatı dekabrın 15-də başlanılıb. Birinci quyudan sutkada 5,6 mln. m3 qaz və 2,5 min ton qaz kondensatı hasil edilib.

"Şahdəniz" yatağının işlənməsi layihəsinin "Mərhələ-1" çərçivəsində ildə plato mərhələsində 8,6 mlrd. kubmetr qaz hasil olunacaq. 2007-ci ildə "Şahdəniz"dən 5,4-5,6 mlrd. kubmetr qaz hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti