...

2007-ci ildə Azərbaycan Rusiyaya satılan elektrik enerjisinin qiymətini artıracaq

Energetika Materials 9 Yanvar 2007 17:09 (UTC +04:00)

Gələn həftə enerji mübadiləsi məsələsi barədə Azərbaycan-Rusiya danışıqları davam edəcək. Trend in verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən cəmiyyətin vitse-prezidenti Marlen Əsgərova istinadən məlumat veriblər.

Onun sözlərinə görə, tərəflər demək olar ki, məsələləri razılaşdırıb bitiriblər və 2007 -ci il üçün Azərbaycan və Rusiya elektrik enerjisinin həcm və tarifləri əks olunan müqaviləni imzalamağa hazırlaşırlar.

M. Əsgərovun qeyd etdiyitnə görə, Azərbaycanda elektrik enerjisinin qıtlığı müşahidə olunan qaynar saatlarda Rusiya tərəfi Azərbaycana 200-250 MVt gücündə elektrik enerjisi verəcək.

Sazişə görə, Azərbaycan tərəfdən Rusiyaya satılan elektrik enerjisinin qiyməti ötən illə müqayisədə artacaq, lakin bununla belə, Rusiyadan Azərbaycana satılan elektrik enerjisinin qiyməti elə də çox dəyişməyəcək.

"Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin əvvəl qeyd etdiyi kimi, 2007-ci ildə Azərbaycan Rusiyadan 700 mln. kVt/saat elektrik enerjisi almaq niyyətindədir. Bundan əvvəl Rusiya tərəfi Azərbaycana elektrik enerjisi tədarükünü azaldacağını bəyan edib.

Əgər əvvəllər qış dövründə, qaynar saatlarda elektrik enerjisinin tədarükü 300 MVt təşkil edirdisə, 2007-ci ildə bu göstərici 60 MVt artmamalı idi. Əgər Rusiya tərəfi hər ay 100 kVt/saat qədərində elektrik enerjisi tədarük edirdisə, 2007-ci ildə bu həcm 30 kVt/saata enməməli idi.

Xəbər lenti

Xəbər lenti