Azərbaycan Dövlət Neft Şirkətində ARDNŞ-ın təqaüdlər proqramı iştirakçılarının təhsil məsələlərində ixtisaslaşmış "DAAD" Alman şirkətinin Azərbaycandakı nümayəndəsi Ulrike Mitterlə və Qafqaz, Cənubi Qafqaz və Mərkəzi Asiya departamentinin direktoru Benedikt Brişlə görüşü keçirilib. Bu barədə Trend ə ARDNŞ-dan məlumat veriblər.
Görüşdə ARDNŞ işlər idarəsi rəhbəri Xaliq Məmmədov və ARDNŞ kadrlar şöbəsindən olan nümayəndələr iştirak edib. Alman təşkilatının nymayəndələri təqaüdlər proqramı ilə tanış olublar.
"DAAD" nümayəndələri qeyd ediblər ki, bu proqram çərçivəsində ARDNŞ vəsaitləri hesabına tələbələrin Almaniya universitetlərində təhsil almalarının təşkil edilməsi nəzərdə tutulur. Hər il bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsil almaq üçün Almaniya Azərbaycan tələbələrinə 60 təqaüd təqdim edir.