...

Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ildə öz neft hasilatının həcmlərini açıqlayıb

Energetika Materials 18 Yanvar 2007 18:53 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft və qaz hasilatı üzrə "Azneft" istehsalat birliyinin (İB) neft-qaz çıxarma idarələri (NQÇİ) tərəfindən 7,84 mln. ton neft hasil edilib, bu isə 2005-ci ildəkindən 0,2% çoxdur. Bu barədə Trend xəbər verir.

Ən çox neft həcmi "Günəşli" yatağının dayaz sulu hissəsini tədqiq edən "28 May" NQÇİ tərəfindən hasil olunub. Bu yataqda 2006-cı il ərzində 5,52 mln. ton neft hasil olunub, bu isə 2005-ci ildə istehsal olunandan 2,4% azdır.

Ən az neft hasilatı həcmi "Muradxanlı" yatağında müşahidə olunur. 2006-cı ildə burada 26 min ton neft hasil olunub, bu isə ötən ildəkindən 14,5% dəfə azdır.

2006-cı ilin yanvar-dekabr aylarında "Azneft" İB-də faktiki neft hasilatının ümumi cədvəli:

ARDNŞ NQÇİ

2006 -cı il

(min ton)

28 may

5521

Neft Daşları

898

Nərimanov adına

458

Balaxanıneft

219

Qum Adası

164

Abşeronneft

179

Bibi-Heybətneft

141

Suraxanıneft

44

Ə.Əmirov adına

81

H.Z.Tağıyev adına

71

Siyəzənneft

45

Muradxanlı

26

"Azneft" İB NQÇİ üzrə cəmi:

7841

Xəbər lenti

Xəbər lenti