...

Bakı NEZ neft koksu istehsalı üzrə planı elan edib

Energetika Materials 29 Mart 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Aliev / Aprel ayından Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neft koksunun emalına yenidən başlanacaq. Bu barədə zavodun baş mühəndisi Nail Əmirov məlumat verib.

2007-ci ilin yanvarın 1-dən Rusiyadan alınan qazdan imtina edildiyinə görə, kokslaşdırılma qurğusunda istifadə olunan mazut elektrik enerjisi istehsalı üçün elektrik stansiyalarına göndərilmişdi ki, bunun nəticəsində fəaliyyət dayandırılmışdı.

Güman edilir ki, növbəti aydan etibarən elektrik stansiyalarında mazuta olan tələbat aşağı düşəcək. Bu, istehsal üçün mazut tədarük olunmasına şərait yaradacaq.

Müəssisədə aparılan bir sıra texniki tədbirlər emalın 65 faizdən 70-72 faizə qaldırılmasına imkan yaradacaq.

2007-ci ildə bu NEZ-də emal olunacaq nevft məhsullarının 5 mln.ton olmaqla ötən ildən 1,5 mln. ton artıq olacağı güman edilir.

Benzin istehsalının isə 1 mln. tona qədər artırılaraq ötən ilə nisbətən 10-15% çox olması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti