...

Rusiya və Azərbaycan arasında elektrik enerjsisi mübadiləsi yenidən başlaya bilər

Energetika Materials 2 Aprel 2007 17:34 (UTC +04:00)
Rusiya və Azərbaycan arasında elektrik enerjsisi mübadiləsi yenidən başlaya bilər

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev /Azərbaycan və Rusiya arasında elektrik enerjisi ötürülməsi bu gün sıfıra bərabərdir. Bu barədə bazar ertəsi "Azərenerji" səhmdar cəmiyyətindən bildiriblər. SC-dən bildiriblər ki, elektrik enerjisinin verilişi aprelin biri saat 00:00-da dayandırılıb.

"Elektrik enerjisinin mübadiləsi istənilən vaxt başlaya bilər",-deyə SC-dən bildiriblər. Rusiya tərəfi ilə Azərbaycana elektrik enerjisinin ixfracı sahəsində işlərin davam etdirilməsi və tariflər barədə danışıqların aparılması gözlənilir.

Hazırda mövcud olan müqavilədə bütün il üçün enerji tədarükü nəzərdə tutulub. Amma tariflər yalnız birinci rüb üçün razılaşdırılıb. Rusiyadan Azərbaycana enerji idxalı birinci rübdə 2006-cı ildəki qiymətlərlə (1kVt/saat - 3,636 sent) həyata keçirilib. Azərbaycan elektrik enerjisinin Rusiya üçün satış qiyməti isə 1 kVt/saat üçün 1,5 sentdən 1,8 sentə qaldırılıb. Azərbaycanda elektrik enerjisində çatışmazlıqlar yarandığı pik saatlarda Rusiya tərəfi 200-250 MVt gücündə enerji verir.

Xəbər lenti

Xəbər lenti