...

ARDNŞ iri dəniz yatağında əlavə karbohidrogen ehtiyatları aşkar edib

Energetika Materials 7 May 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Bahar" yatağındakı quyunun qazılmasını dayandırıb və yeddinci üfüqün işlənilməsi haqqında qərar qəbul edib. Bu barədə bazar ertəsi ARDNŞ-dən verilən məlumatda bildirilir. "Aparılan araşdırmalar göstərdi ki, bu üfüqdə karbohidrogen ehtiyatları mövcuddur" - deyə ARDNŞ-dən bildiriblər.

Quyunun qazılması işləri ARDNŞ-in "Qum Adası" qazma işləri idarəsi tərəfindən aparılıb. Quyunun layihə dərinliyi 5000 metr təşkil edir.

Qeyd edək ki, "Bahar" iri qaz yatağıdır.

Xəbər lenti

Xəbər lenti