...

Ekspertlər: Qazaxıstanın ümumi neft həcminin Rusiya ərazisi vasitəsilə nəqli texniki cəhətdən mümkün deyil

Energetika Materials 11 May 2007 16:55 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Prezident Nursultan Nazarbayevin dünən bəyan etdiyi kimi, Qazaxıstanın praktiki olaraq ümumi neft həcminin Rusiya ərazisi vasitəsilə nəql olnması texniki cəhətdən mümkün deyil. Cümə günü Trend da rəyi öyrənilmiş neft və qaz sahəsində azərbaycanlı ekspertlər belə hesab edir.

Ekspertlərin sözlərinə görə, bu, xüsusən də Qazaxıstanda işləyən bir sıra xarici şirkətlərin məşğul olduğu neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunması məsələsinə aiddir. BTC (ENI, INPEX, ConocoPhillips və Chevron) layihəsində səhmdar olan dörd şirkət Qazaxıstanda "Kaşaqan" yatağında işləyir və neft kəmərində iştirakda 15 faizə malikdir.

Yanvarda Qazaxıstanda neft nəqlinin Qazaxıstan Xəzər sisteminin (Kazakhstan Caspian Transportation System (KCTS)) yaradılması üzrə sənəd imzalanıb. Bu sənədə əsasən, Qazaxıstan nefti BTC boru kəmərinə nəql olunacaq. Onun dəyəri 3 mlrd. dollar məbləğində qiymətləndirilir. KCTS Qazaxıstanın Xəzəryanı hissəsində terminallardan, Kurık limanına qədər boru kəməri və tanker flotiliyasından ibarət olacaq.

Nəqliyyat sisteminin yaradılmasını KCST-nin yaradılması haqqında memorandumu imzalamış "Kaşaqan" və "Tengiz" layihəsinin iştirakçıları investisiyalaşdıracaq.

2010-cu ildə "Kaşaqan"da ilk neftin hasilatının başlanması ilə Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə layihənin birinci fazasının reallaşdırılması zamanı sutkada 350 min barrel neftin çatdırılması planlaşdırılır.

16 iyun 2006-cı il tarixdə Qazaxıstan və Azərbaycan arasında neftin Qazaxıstandan BTC ixrac kəməri vasitəsilə nəql olunması barədə hökumətlərarası saziş imzalanıb. Hazırda nəqliyyat sazişinin imzalanması gözlənilir.

Qazaxıstan həmçinin Çinə nefti nəql etdiyi boru kəmərinə malikdir. Atasu-Alaşankou neft kəmərinin ötürücülük qabiliyyəti birinci mərhələdə ildə 10 mln ton, ikinci mərhələdə isə ildə 20 mln. ton neft təşkil edəcək. Neft kəməri Karaqanda vilayətində Atasu neftvuran stansiyasından Çin ərazisində Alaşankou dəmir yolu stansiyasına qədər uzanır. Onun uzunluğu 962 km, diametri isə 813 mm-dir.

Ekspertlərin qeyd etdiyi kimi, neft hasilatının pikində hətta bütün mövcud marşrutların istifadəsi ilə (onların ötürücülük qabiliyyətinin tam genişləndiriməsi ilə) Qazaxıstanda ixrac gücünə defisit hiss olunacaq.

2006-cı ildə Qazaxıstandan kondensatla birgə neft ixracı həcmi 57,2 mln. ton (2005-ci illə müqayisədə 10,6 faiz artıb) təşkil edib. Neft Qazaxıstandan əsasən XBKK və "Atırau-Samara" sistemlərinin boru kəmərləri vasitəsilə Avropa bazarlarına ixrac olunur. Bu boru kəmərləri bu istiqamətlər üzrə ixracın ümumi həcminin müvafiq olaraq 57,9 və 37,1 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti