...

BP "Azəri-Çıraq-Günəşli" yatağından neft hasilatının həcmini açıqlayıb

Energetika Materials 29 May 2007 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ İlin ilk üç ayı ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (BP operator) Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri və Şərqi Azəri platformalarından ümumilikdə 61 milyon barel (sutkada orta hesabla təxminən 678 min barel) neft hasil edib. Hazırda gündəlik hasilat həcmi 700 min bareldən artıqdır. Bu barədə BP-nin məlumatında göstərilib.

Bütün platformalardan ümumilikdə sutkada orta hesabla 708 min barel neft hasil olunması planlaşdırılır. Bu gündəlik göstəricinin141 min barelinin Çıraqdan, 257 min barelinin Mərkəzi Azəridən, 168 min barelinin Qərbi Azəridən və 142 min barelinin Şərqi Azəridən əldə olunması planlaşdırılır.

Hazırda Çıraq platformasında 21 quyu istismardadır - bunlardan 14-ü hasilat, 7-si suvurma quyusudur və Çıraqda gündə təqribən 142.000 barel neft hasil olunur. 1997-ci ilin noyabrında hasilat başlanandan 2007-ci ilin birinci rübünün sonuna qədər Çıraqdan 395 milyon bareldən (53 milyon tondan) artıq neft hasil olunub.

Mərkəzi Azəri platformasındahazırda 14 quyu istismardadır - bunlardan 11-i hasilat, 3-ü isə qazvurma quyusudur. Hazırda Mərkəzi Azəri platformasındagündə təqribən 250 min barel neft hasil olunur. 2005-ci ilin fevralında hasilat başlanandan 2007-ci ilin birinci rübünün sonuna qədər Mərkəzi Azəri platformasında149 milyon bareldən (20 milyon tondan) artıq neft hasil olunub.

Qərbi Azəri platformasındahazırda 6 quyu istismardadır - bunların hamısı hasilat quyusudur. Hazırda Qərbi Azəri platformasındagündə təqribən 185 min barel neft hasil olunur. 2006-cı ilin yanvarının əvvəlində hasilat başlanandan 2007-ci ilin birinci rübünün sonuna qədər Qərbi Azəri platformasında49,7 milyon barel (6,7 milyon ton) neft hasil olunub.

Şərqi Azəri yatağında hazırda səkkiz öncə qazma quyusunun beşindən gündə təqribən 150 min barel neft çıxarılır.

Xəbər lenti

Xəbər lenti