...

Astara modul elektrik stansiyasında təmir işləri aparılacaq

Energetika Materials 13 İyun 2007 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Astara modul elektrik stansiyasında (Azərbaycanda ilk modul elektrik stansiyası) təmir işləri aparılacaq. Bu barədə məlumatı "Azərenerji" SC-nin mətbuat xidmətindən veriblər.

İstismar normalarına əsasən, 8000 saat işdən sonra (stansiya 2006-cı ilin fevralında işə salınıb) stansiyada planlı təmir aparılmalıdır. Bunun üçün bütün lazımi avadanlıq və material alınıb.

Təmir işləri Finlandiyanın Wartsila şirkətinin mütəxəssislərinin nəzarəti altında yerli mütəxəssislər tərəfindən aparılacaq.

Stansiyada hər biri 8,7 MVt gücündə olan 10 generator işləyir. Bütün istismar dövründə stansiyada 500 mln. kVt/saat elektrik enerjisi istehsal olunub.

Xəbər lenti

Xəbər lenti