...

Azərbaycanın qurudakı köhnə yatağında qəza baş verib, xəsarət alan var (versiya 2)

Energetika Materials 21 İyun 2007 19:21 (UTC +04:00)
Azərbaycanın qurudakı köhnə yatağında  qəza baş verib, xəsarət alan var (versiya 2)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu gün saat 14:45-də Azərbaycan Dövlət Neft Şirkətinin "Bibiheybət" yatağının üçüncü mədənində, 3878 saylı quyuda aparılan işlər zamanı partlayış vaş verib. Nəticədə iki nəfər həlak olub, iki nəfər yaralanıb.

Perforasiya işləri zamanı partlayıcıya detonator qoşulub. Bu qurğu kabel vasitəsilə quyuya endirilən zaman gözlənilmədən partlayış baş verib.

Hazırda Dövlət Neft Şirkətinin komissiyası hadisəni müzakirə edir.

Xəbər lenti

Xəbər lenti