...

ABŞ Azərbaycandan idxal etdiyi neftin həcmini açıqlayıb

Energetika Materials 23 İyun 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / ABŞ-ın Energetika Nazirliyinin tərkibinə daxil olan enerji və informasiya üzrə administrasiyanın məlumatında biddirilir ki, 2007-ci ilin əvvəlindən ABŞ Azərbaycandan 4,422 mln. barrel neft və neft məhsulları idxal edib. Aprel ayında neft və neft məhsullarının idxalı 1,728 mln. barrel, mart ayında 17 min barrel, 2007-ci ilin yanvar ayında isə 2,677 mln. barrel təşkil edib.

2006-cı ildə ABŞ 2005-ci ilin 563 min barrel göstəricisi ilə müqayisədə 10mln. barrel çox Azərbaycan neft və neft məhsulları alıb. 2004-cü ildə bu göstərici 484 min barrel təşkil edib.

Azərbaycan nefti Gürcüstanının Supsa limanından ixrac olunur ki, neft bu limana Bakı- Supsa kəməri vasitəsilə çatdırılır.

Hazırda kəmər təmirdədir və təmir ilin sonuna qədər davam edəcək.

Neft həmçinin Gürcüstanın Qara dənizdə yerləşən Batumi limanından da ixrac olunur ki, bu limana da neft Bakıdan dəmir yolu vasitəsilə çatdırılır.

Digər bir ixrac marşrutu isə Bakı-Tbilisi- Ceyhan kəməridir ki, bu kəmər nefti Türkiyənin Ceyhan limanına çatdırır. Bu marşrut 2005-ci ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti