...

"Azərkimya" yeni neft-kimya kompleksinin yaradılması ilə bağlı TİƏ-yə hazırlıq üzrə tenderi bağlı elan edib

Energetika Materials 12 İyul 2007 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /"Azərkimya" dövlət müəssisəsi yeni neft-kimya kompleksinin yaradılması ilə bağlı texniki iqtisadi əsaslandırmaya (TİƏ) hazırlıq üzrə tenderi bağlı elan edib. Dövlət müəssisəsindən verilən məlumata görə, qalib Amerikanın konsaltinq şirkəti olan "Nexant" elan edilib.

Tenderin tələblərinə əsasən, şirkət Azərbaycanda yeni neft-kimya kompleksinin optimal variantının seçimi üzrə TİƏ hazırlamalı, layihənin texniki -iqtisadi göstəricilərini müəyyən etməli, xammalın və enerji daşıyıcılarının effektiv istifadəsi, müxtəlif çeşidli məhsulların genişləndirilməsi, istehlak xüsusiyyətlərinin, istehsalın ekoloji göstəricilərinin yaxşılaşdırılması, məhsulların reallaşması imkanlarını genişləndirmək təklifləri təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti