...

Yunanıstan və Azərbaycan neft-qaz sahəsində əməkdaşlıq üzrə Bakıda memorandum imzalamağa hazırlaşırlar

Energetika Materials 1 Avqust 2007 15:25 (UTC +04:00)
Yunanıstan və Azərbaycan neft-qaz sahəsində əməkdaşlıq üzrə Bakıda memorandum imzalamağa hazırlaşırlar

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Çərşənbə günü Azərbaycana Yunanıstanın inkişaf naziri Dimitris Sioufasın rəhbərlik etdiyi nümayəndə heyəti gəlir. Bu barədə hökumətdən xəbər verilib. Səfər zamanı Azərbaycan tərəfi ilə neft-qaz sahəsində əməkdaşlıq memorandumunun imzalanacağı gözlənilir.

Bu barədə razılıq Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin iyulun 2-3-də Yunanıstan-Azərbaycan iqtisadi, sənaye və texnoloji sahələrdə hökumətlərarası komissiyanın yenidən formalaşdırıldıqdan sonra keçirilən ilk iclasında iştirak etmək üçün bu ölkəyə səfəri zamanı əldə olunub.

Toplantının protokolunda xüsusilə Azərbaycan qazının Türkiyə, Yunanıstan-İtaliya boru kəməri vasitəsilə Qərbi Avropaya ixracının mümkünlüyü qeyd olunub.

Azərbayacan Dövlət Şirkəti artıq bu il öz qazını Yunanıstana ixrac etmək planlarını açıqlayıb. ARDNŞ prezidenti Rövnəq Abdullayevin fikrincə, Türkiyə və Yunanıstan arasında olan razılığa əsasən bu il Türkiyə Yunanıstana 800 mln. kubmetr qaz ixrac edəcək. Onun sözlərinə görə, ARDNŞ bu həcmin yarısını Yunanıstana ixrac etmək istəyini bildirib. Türkiyə və Yunanıstan arasında olan razılığa əsasən qazın min kubmetri üçün qiymət 149 dolla r müəyyənləşdirilib.

Azərbaycanın "Şahdəniz" yatağından təbii qazı Türkiyədən keçməklə Yunanıstana və İtaliyaya ixrac edəcək qaz kəmərinin açılışı 15 sentyabra təyin olunub. Iyulun 26-da İtaliya, Türkiyə və Yunanıstan arasında Türkiyə və Yunanıstanı birləşdirəcək boru kəməri haqqında razılıq imzalanıb. Kəmər avqustun sonunda işə başlamalı idi. İtaliya və Yunanıstan arasında boru kəmərinin inşası üzrə işlərə başlanılması isə 2008-ci ilə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti