...

Qazaxıstan XİN rəhbəri: Qazaxıstan Xəzər Nəql Sistemi Aktau-Bakı-Tiflis-Ceyhan marşrutu üzrə ildə 60 mln. tona qədər neftin nəqlini təmin edəcək

Energetika Materials 4 Avqust 2007 12:33 (UTC +04:00)
Qazaxıstan XİN rəhbəri: Qazaxıstan Xəzər Nəql Sistemi Aktau-Bakı-Tiflis-Ceyhan marşrutu üzrə ildə 60 mln. tona qədər neftin nəqlini təmin edəcək

Azərbaycan, Bakı/ Trend / Qazaxıstan Xəzər Nəql Sistemi (QXNS) gələcəkdə 38-60 mln tona qədər artırılmaqla ilkin mərhələdə ildə 25 mln. ton neftin Xəzər dənizindən Şərq-Qərb dəhlizi ilə Aktau-Bakı-Tiflis-Ceyhan marşrutu üzrə nəqlini təmin edəcək. Bunu Qazaxıstanın xarici işlər naziri Marat Tajin Trend ə eksklüziv müsahibəsində bildirib.

Qazaxıstandan neftin Xəzər dənizi və Azərbaycan ərazisindən Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə nəqli barədə müqavilə 16 iyun 2006-cı ildə imzalanıb.

"Yeni nəql sisteminin yaradılması yüngül Kaşaqan neftinin keyfiyyətinin saxlanılması ilə daşınmasını təmin edəcək", - deyə Tajin bildirib.

Kaşaqan yatağından Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri üzrə neftin nəqlinin təqribən 2010-cu ildə başlanacağı planlaşdırılır. Bu layihənin səhmdarlarının biri qismi BTC Co boru kəməri şirkəti üzrə tərəfdaşlardı. "Tenqiz" yatağının işlənilməsi üzrə tərfdaşlarla həmçinin neftin Azərbaycan ərazisi ilə nəqli barədə də razılığa gəlinib.

Nəqlin 2008-ci ildə başlanılması nəzərdə tutulur. İldə Azərbaycan ərazisindən 5 mln. tondan çox neft ixrac olunacaq.

Xəbər lenti

Xəbər lenti