...

İlham Əliyev: "Azərbaycan Tacikistanda investisiya proqramlarında iştirak etmək niyyətindədir"

Energetika Materials 13 Avqust 2007 16:03 (UTC +04:00)
İlham Əliyev: "Azərbaycan Tacikistanda investisiya proqramlarında iştirak etmək niyyətindədir"

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ Tacikistan prezidenti İmoməli Rəhmon Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən danışıqların nəticələrinə əsasən bazar ertəsi Azərbaycan və Tacikistanın neft-qaz sahəsində əməkdaşlığa dair razılıq əldə etdiklərini bildirib.

Onun sözlərinə görə, növbəti 5 il ərzində ölkələr əmtəə dövriyyəsini 500 mln. dollara çatdırmaq niyyətindədirlər. 2006-cı ilin yekunlarına əsasən, ölkələr arasında əmtəə dövriyyəsi 131 mln. dollar təşkil edib.

Birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, "Bizim Tacikistandakı investisiya proqramlarında iştirak etməklə bağlı qəti qərarımız var".

Yaxın zamanlarda Azərbaycan Dövlət Neft Şirkətinin mütəxissislər qrupunun kəşfiyyat-axtarış işləri üçün Tacikistana yollanacağı ilə bağlı bu gün qərar qəbul olunub.

Azərbaycan Tacikistanla digər sahələrdə də əməkdaşlıqda maraqlıdır. "Tərəflərin maliyyə problemi yoxdur, bizim kifayət qədər maliyyə vəsaitimiz var. Biz həmçinin beynəlxalq maliyyə institutları ilə fəal işləyirik. Azərbaycanın reytinqi artır. Buna görə də biz investisiya layihələri üçün böyük vəsaitlər cəlb edə bilirik. Hesab edirəm ki, yaxın zamanlarda bu sahədə fəaliyyətin ilk nəticələri olacaq" - deyə prezident Əliyev söyləyib.

Xəbər lenti

Xəbər lenti