...

Bərdəyə elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb

Energetika Materials 22 Avqust 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend , müxbir Ş. Cəliloğlu/ Bu gün saat 12:00 radələrindən başlayaraq Bərdə rayonunun bəzi yerlərinə elektrik enerjisinin verilməsi dayandırılacaq. Bərdə Elektrik Paylayıcı Şəbəkəsindən verilən məlumata görə, rayona elektrik enerjisi verilməməsinin səbəbi elektrik stansiyasında ayda 1 dəfə keçirilən profilaktik təmir və bərpa işləri ilə bağlıdır. Günün ikinci yarısı rayona elektrik enerjisinin verilməsi təmin olunacaq. Qeyd edək ki, subartezian quyularında mühərriklər elektrik enerjisi ilə işlədiyindən rayona içməli su verilməsində də fasilələr yaranıb.

Xəbər lenti

Xəbər lenti