...

Çin şirkəti "Azərbaycan" İES-in enerji bloklarının gücünü artıracaq

Energetika Materials 24 Avqust 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Çinin "CNEEC" şirkəti "Azərbaycan" İES-in enrji bloklarının yenidən qurulması və genişləndirilməsi üzrə tenderin qalibi olub. Bu barədə "Azərenerji" SC-nin cümə günü yaydığı məlumatda göstərilib.

"CNEEC" şirkətindən başqa tenderdə "İstilikenerjitikintiquraşdırma" SC və "Güc maşınları" zavodu iştirak edib.

Müqavilə imzalandıqdan 15 ay müddətində bir enerji bloku yenidən qurulacaq. Növbəti 12 ay müddətində digər üç enerji bloku yenidənqurmaya cəlb ediləcək. Yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın istehsal gücü təqribən 2600 MVt təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti