...

BP-nin eks prezidenti Con Braun "Riverstone Europe" şirkətinin direktoru oldu

Energetika Materials 25 Avqust 2007 14:00 (UTC +04:00)
BP-nin eks prezidenti Con Braun "Riverstone Europe" şirkətinin direktoru oldu

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Energetika və neft-qaz sahəsində ixtisaslaşan "Riverstone Holdings" bu həftə elan edib ki, BP-nin keçmiş icraçı direktoru Lord Con Braun "Riverstone Europe"ya idarəçi direktor kimi qoşulub.

"Riverstone Holdings" məlumatında göstərilib ki, şirkət Lord Braunun olduğu Londonda ofis açacaq.

Braun BP-nin icraçı direktoru vəzifəsindən nəzərdə tutulan vaxtdan üç ay öncə, bu ilin may ayında istefa verib. Braun bir sıra Britaniya KİV-lərində onun şəxsi həyatı ilə bağlı məlumatlar dərc olunduqdan sonra BP-nin icraçı direktoru vəzifəsindən istefa verib.

"Biz Con Braunu təqribən 25 ildir ki, tanıyırıq. O, energetika sənayesinin əfsanəsidir və biz şadıq ki, "Riverstone"a qoşulur. Şübhəsiz, Con Braun energetika sənayesində ən uzaqgörən, təcrübəli və istedadlı rəhbərlərdən biridir. Biz gözləyirik ki, Lord Braun alternativ və yenilən enerji bazarlarında yeni imkanları görmək imkanı yaradacaq" - deyə "Riverstone Holdings" baniləri David M. Leuschen və Pierre F. Lapeyre, Jr. söyləyiblər.

Lord Braunun sözlərinə görə, "Riverstone" özünü energetika sənayesində aparıcı şirkət kimi göstərib. "Bu mənə energetika sənayesinə qayıtmağa, öz təcrübə və biliyimi daha yaxşı istifadə etməyə imkan verəcək" - deyə Lord Braun söyləyib.

Nyu-Yorkda yerləşən "Riverstone Holdings LLC" 2000-ci ildə yaradılıb. Şirkətin aktivlərinin məbləği təqribən 50 mlrd. dollardır.

Xəbər lenti

Xəbər lenti