...

Mərkəzi Bank uçot dərəcəsi barədə - Dəyişiklik olacaq?

Maliyyə Materials 6 Mart 2019 17:13 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin növbəti iclasında uçot dərəcəsi ilə bağlı dəyişikliklərin olacağını gözləmir
Mərkəzi Bank uçot dərəcəsi barədə - Dəyişiklik olacaq?

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin növbəti iclasında uçot dərəcəsi ilə bağlı dəyişikliklərin olacağını gözləmir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov qeyd edib ki, bank analitik işləri davam etdirir və həm daxili, həm də xarici amillər nəzərə alınır.

Bank sədri əlavə edib ki, Azərbaycanda keçirilən sosial islahatlar inflyasiyaya güclü təsir göstərməyəcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu il fevralın 1-də uçot dərəcəsini 9,75 faizdən 9,25 faizədək azaltmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti