...

Mərkəzi Bank: Bloklanmış əmanətlərlə bağlı qərar gələn həftə qəbul ediləcək

Maliyyə Materials 30 İyul 2020 12:43 (UTC +04:00)
Mərkəzi Bank: Bloklanmış əmanətlərlə bağlı qərar gələn həftə qəbul ediləcək

Bakı. Eldar Canaşvili - Trend:

Gələn həftə ərzində Azərbaycanda ləğv olunmuş banklarda bloklanmış əmanətlərlə bağlı qərar qəbul ediləcək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir müddət Konstitusya məhkəməsində ləğv olunmuş dörd bankda qalmış əmanətlərlə əlaqədar iclas keçirilib.

Mərkəzi Bank rəhbəri bildirib ki, bağlanmış banklar əmanətlərin qeyri-qanuni qəbul edilməsi qurumun nəzarətinin olmadığı vaxtda baş verib:

“Banklarda əhali ilə elə şərtlərlə müqavilə imzalayırlar ki, faktiki olaraq qorunan əmanət statusu alır. Hesab edirik ki, burada əhalinin günahı yoxdur. Bank sahibləri təqsirkardır və vətəndaşların hüquqları bərpa olunmalıdır. Hazırda biz Konstitusiya Məhkəməsi ilə əlaqədəyik. Daxili proseslər gedir. 1 300 nəfərdən çox insanın 62 milyon manatlıq əmanətinə çıxış imkanı yaranacaq”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti