...

Ölkədəki bütün kredit ittifaqlarının kredit məlumatlarına çıxış imkanı olacaq

Maliyyə Materials 3 Sentyabr 2021 12:36 (UTC +04:00)
Ölkədəki bütün kredit ittifaqlarının kredit məlumatlarına çıxış imkanı olacaq

Bakı. Fərid Zöhrabov - Trend:

“Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən, mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi aparılmalı, o cümlədən kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə (MKR) təqdim etməlidir.

Beləliklə, sözügedən Qanuna edilmiş dəyişikliklə ölkədə fəaliyyət göstərən bütün kredit ittifaqları kredit məlumatlarına çıxış imkanını əldə edəcək, o cümlədən borcalanların kredit qabiliyyətliyini daha düzgün qiymətləndirə biləcək və qərar vermə prosesini daha effektiv təşkil edə biləcək.

Qeyd olunanları nəzərə alaraq, habelə kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın MKR-ə təqdim edilməsi prosesinin daha effektiv təşkili məqsədilə Mərkəzi Bank tərəfindən 2 sentyabr 2021-ci il tarixində ölkədə fəaliyyət göstərən bütün kredit ittifaqlarının nümayəndələrinin iştirakı ilə “MKR-ə məlumatların təqdim edilməsi qaydaları” mövzusunda maarifləndirici vebinar keçirilmişdir. Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini nəzərə alaraq, adıçəkilən proses ilə bağlı qanunvericilikdən irəli gələn tələblər görüş iştirakçılarının diqqətinə çatdırılmış və məlumat mübadiləsi ilə bağlı formalaşan sualların detallı cavablandırılması təmin edilib.

Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma, kreditlər üzrə məlumat paylaşması ilə bağlı əlverişli normativ çərçivənin yaradılması və özəl kredit hesabatlığı sahəsində sağlam komponentlərin formalaşdırılması, kredit təşkilatlarında risk idarəetmə siyasətlərinin və qərar qəbuletmə proseslərinin gücləndirilməsi məsələləri Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır və gələcəkdə də bu istiqamətdə müvafiq tədbirlər həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti