...

Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır

Maliyyə Materials 8 Dekabr 2021 13:04 (UTC +04:00)
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manatın yaradılması üzrə tədqiqatlar aparır və hökumətin bu istiqamətdə danışıqları davam edir.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Beşinci Beynəlxalq Bankçılıq Forumu"nda deyib.

"Beynəlxalq Hesablaşmalar Bankının məlumatlarına əsasən, dünyada tranzaksiyaların 88 faizi dollarla, 4 faiz yuanla həyata keçirilir. Rəqəmsal məsələdə yuanın bir addım qabaqda olması onu göstərir ki, biz rəqəmsal valyutalar dünyasında böyük dəyişikliklərin şahidi olacağıq. Rəqəmsal valyuta demək olar ki, maliyyə və bank sektorlarını böyük miqyasda dəyişəcək", - deyə o, bildirib.

Onun sözlərinə görə, ölkədə maliyyə sektorunda dəyişikliklər baş verir.

"Onlardan sonuncusu blokçeyn texnologiyaları əsasında kriptovalyutanın tətbiqi olub. Artıq rəqəmsal manatın yaradılması üzrə işlər başlayıb. Azərbaycan hökuməti bu məsələ ilə bağlı danışıqlar aparır", - V.Qasımlı deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti