...

Azərbaycan bankları nağd valyuta alqı-satqısını artırıb

Maliyyə Materials 22 Avqust 2022 12:45 (UTC +04:00)
Azərbaycan bankları nağd valyuta alqı-satqısını artırıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarısında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 38,2 faiz artaraq 2,6 milyard dollar ekvivalentində olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının Pul siyasəti icmalına istinadən məlumat verir.

Bu əməliyyatların 87,6 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

Dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 20 faiz artaraq 14,6 milyard dollar ekvivalentinə bərabər olub. Nağdsız valyuta əməliyyatlarının 84,9 faizi ABŞ dollarında, 15,1 faizi isə digər valyutalarda aparılıb.

Valyuta əməliyyatlarının 28,4 faizi banklararası valyuta bazarında, 71,6 faizi isə bankdaxili valyuta bazarında həyata keçirilib.

Birinci rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 40,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti