...

AccessBank öz prosessinq mərkəzinin yaradılması imkanından danışıb

Maliyyə Materials 12 Mart 2024 13:06 (UTC +04:00)
AccessBank öz prosessinq mərkəzinin yaradılması imkanından danışıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

AccessBank-ın gələcəkdə öz prosessinq mərkəzini yaradacağı istisna deyil.

Trend xəbər verir ki, bu barədə AccessBank-ın korporativ, KOB və pərakəndə bankçılıq üzrə icraçı direktoru İlkin Quliyev ilk ko-brendinq filialının açılışının kuluarlarında deyib.

"AccessBank-ın gələcəkdə öz prosessinq mərkəzini yaradacağı istisna deyil. Faktiki olaraq öz prosessinq mərkəzimizin hazırlanması üçün lazımi bütün resurs və səriştəmiz var. Hər şey məsələnin effektivliyindən asılıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl AccessBank öz xidmətlərinin inkişafında mühüm addım ataraq yeni prosessinq mərkəzinə keçid edib.

Bu qərar bankın kart istiqamətinin populyarlığının gücləndirilməsinə, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi və müştərilər üçün təklif olunan məhsul çeşidlərinin genişləndirilməsinə yönəlib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti