...

Azərbaycanda bərpa olunan enerji mənbələrindən səmərəli istifadə diqqət mərkəzindədir - Deputat

Yaşıl iqtisadiyyat Materials 2 Mart 2024 13:54 (UTC +04:00)
Azərbaycanda bərpa olunan enerji mənbələrindən səmərəli istifadə diqqət mərkəzindədir  - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı Trend:

Azərbaycan hər zaman enerji siyasətinə böyük diqqət yetirib. Baxmayaraq ki, Azərbaycanın zəngin enerji resursları mövcuddur, ölkəmizdə, eyni zamanda, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə diqqət mərkəzində olub.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində də geniş potensiala malikdir.

“Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir”, - deyə deputat bildirib.

O qeyd edib ki, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunan enerji sahəsində böyük potensialı mövcuddur.

“Həmin ərazilərdə bərpa olunan enerji infrastrukturunun qurulması istiqamətində böyük işlər görülür. Belə ki, elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib.

Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.

Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycanın bu istiqamətdə fəaliyyəti beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir.

“Məhz bunun nəticəsidir ki, COP29-un Azərbaycanda keçirilməsi qərara alınıb. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bərpa olunan enerjidən istifadənin beynəlxalq müstəvidə təşviqinə mühüm töhfə vermiş olacaq”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti