...

COP29 "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi üçün geniş fəaliyyət platforması olacaq - Elnur Soltanov

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 11:39 (UTC +04:00)
COP29 "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi üçün geniş fəaliyyət platforması olacaq - Elnur Soltanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq.

Trend xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

“Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əminik. Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq.

Reallıq odur ki, iqlim dəyişiklikləri problemlərinin həlli üçün ayrılan vəsait ehtiyacları ödəmək üçün yetərli deyil. Bütün dövlətlərin, danışıqlar qruplarının mövqeləri öyrənilir”,- deyə o bildirib.

Qeyd edək ki, bu gün 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. Tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti