...

Tullantıların utilizasiyası gündəlikdə duran əsas məsələlərdəndir - Lətif Qasımov

Yaşıl iqtisadiyyat Materials 27 İyun 2024 16:07 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Tullantıların utilizasiyası və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi gündəlikdə duran əsas məsələlərdəndir.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib.

Onun fikrincə, tullantıların təkrar emalı ilə əlaqəli dayanıqlı həllərə ehtiyac getdikcə artmaqdadır.

"Tullantıların miqdarının azaldılması və onların səmərəli təkrar emalı ətraf mühitin mühafizəsi üçün vacibdir", - deyə L.Qasımov qeyd edib.

Onun sözlərinə görə, hazırda bütün Azərbaycanda tikinti işləri nəticəsində yaranan tullantıların təkrar emalı və zərərsizləşdirilməsi istiqamətində işlər intensivləşib.

"Həmçinin ətraf mühitin mühafizəsi məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə start verilib", - deyə L.Qasımov bildirib.

O, Azərbaycanın bütün sahələrdə "yaşıl" iqtisadiyyatın yaradılması istiqamətində irəlilədiyini, paralel olaraq ətraf mühit problemlərini həll etdiyini qeyd edib.

"İqlim dəyişikliyi insanların həyat şəraitinə ciddi təsir göstərir. Qarşıdakı COP29 ekoloji və iqlim "sağlamlığı" üçün yeni imkanlar yaradacaq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti