...

COP29 iqlim fəaliyyəti və maliyyələşdirmədəki boşluğu aradan qaldırmaq üçün yeganə şansdır - Millətlər Birliyi təşkilatının baş katibi

Yaşıl iqtisadiyyat Materials 5 Avqust 2024 10:45 (UTC +04:00)
COP29 iqlim fəaliyyəti və maliyyələşdirmədəki boşluğu aradan qaldırmaq üçün yeganə şansdır - Millətlər Birliyi təşkilatının baş katibi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 iqlim fəaliyyəti və maliyyələşdirmədəki boşluğu aradan qaldırmaq üçün yeganə şansdır.

Trend xəbər verir ki, bu barədə Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisiya Skotland "Press Trust of India" nəşrinə müsahibəsində deyib.

"Bakıda keçirilən COP29-da iqlim danışıqları iqlim fəaliyyəti və maliyyələşdirmədəki boşluqları aradan qaldırmaq üçün dünyanın yeganə şansıdır ki, bu da ölkələr arasında etimadın bərpa olunması, eləcə də insanların həyatı və dolanışıq vasitələrini qorumaq üçün son dərəcə vacibdir", - o deyib.

Skotland müsahibədə bildirib ki, iqlim dəyişmələri ilə mübarizəyə müttəfiqlər qismində qazıntı yanacağı istehsalçılarının cəlb olunması həlledici əhəmiyyət kəsb edir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti