...

18 ölkənin gənc liderləri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplandı (FOTO) (YENİLƏNİB)

Yaşıl iqtisadiyyat Materials 10 Sentyabr 2024 11:25 (UTC +04:00)
18 ölkənin gənc liderləri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplandı (FOTO) (YENİLƏNİB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və AR Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə 09-13 sentyabr 2024-cü il tarixlərində Bakı şəhərində “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumunun ilk günü başa çatıb.

Trend xəbər verir ki, 18 ölkənin 24 gənc liderinin, gənclərlə işləyən QHT rəhbərlərinin və eləcədə ölkəmizin 60-dan artıq gənclər təşkilatı rəhbərlərinin və hökumət strukturu təmsilçiləri, ekspert və digər qonaqların iştirakı ilə beynəlxalq tədbirin plenar açılışı 10 sentyabr 2024-cü ildə Bakı Konqres Mərkəzində keçirilib.

Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı təmsil edən fəal gənc liderlər, gənclər QHT rəhbərləri, ekspert və mütəxəssislər 4 gün müddətində Azərbaycanlı həmkarları ilə qlobal ətraf mühit, iqlim dəyişikliyi problemləri, onunla mübarizə, eko könüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri təşkil edilib, rəsmi qurumlarla və QHT koalisiyaları ilə görüşlər keçirəcək və bu istiqamətdə davamlı fəaliyyətlər üçün çağırışlar edilib.

Forumun yekununda Bakı Bəyannaməsinin qəbulu, COP29-a beynəlxalq ictimai dəstək çağırışı və “İqlim dəyişikliyi və fəal yaşıl iştirakçılıq üzrə” Əməkdaşlıq Şəbəkəsinin qurulması və davamlı inkişafı məsələləri də nəzərdə tutulur.

Azərbaycan demokratik tələbə gənclər təşkilatının sədri Asif Əsgərli bildirib ki, Azərbaycan “yaşıl” energetikaya keçidə böyük əhəmiyyət verir.

Onun sözlərinə görə, Azərbaycan yalnız neft və qaz ixrac etməklə kifayətlənmir, həm də "yaşıl" enerji, "yaşıl" iqtisadiyyat və "yaşıl" fəlsəfənin inkişafı üçün səylər göstərir.

“Bugünkü dövrdə dünyada narahatlıq yaradan qlobal ekoloji problemlər mövcuddur. Xarici nümayəndələr də Bakıya gəlib, bu mövzuda öz baxışlarını və fikirlərini bölüşürlər”, – o qeyd edib.

O, Azərbaycanın "yaşıl" iqtisadiyyata keçidinin ölkənin prioritetlərindən biri olduğunu vurğulayıb. İqlim dəyişmələri ilə mübarizəyə dünyanın müxtəlif yerlərində vətəndaş cəmiyyəti və gənc liderlər qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti