...

IRENA Bakıda Pre-COP-da “COP28-dən sonra BEM üzrə irəliləyiş” barədə hesabat təqdim edəcək

Yaşıl iqtisadiyyat Materials 7 Oktyabr 2024 16:11 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Bakıda keçiriləcək Pre-COP29-da 2030-cu ilə qədər dünya üzrə Bərpa olunan enerji mənbələrinin (BEM) güclərinin 3 dəfə və enerji səmərəliliyinin 2 dəfə artırılması üzrə işlərin gedişi barədə rəsmi hesabat təqdim etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə IRENA "X" sosial şəbəkəsində məlumat yayıb.

"BƏƏ-də COP28-də əldə edilmiş enerji hədəflərinə nail olmaqda irəliləyişin izlənməsinə cavabdeh olan IRENA və tərəfdaşları Pre-COP29-da Bakıda bərpa olunan enerji güclərinin 3 dəfə artırılması və enerji səmərəliliyinin 2 dəfə artırılması üzrə işlərin gedişi barədə rəsmi hesabat təqdim edəcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakıda oktyabrın 10-11-də Pre-COP29 baş tutacaq, noyabrın 11-22-də isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti