...

Azərcell fakturalı xətt abonentlərinə pulsuz GPRS-trafik təqdim edəcək

Telekommunikasiya Materials 24 Sentyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Mobil rabitə operatoru Azərcell Telecom BM fakturalı xətt abonentlərinə (Optimist tarif paketi istisna olmaqla) pulsuz GPRS -trafik təqdim edəcək.

Şirkətdən verilən məlumata görə, abonentlər faktura dövrü ərzində, hədiyyə olaraq, şirkətdən 2007-ci il oktyabrın 25-dən 2008-ci il yanvarın 5-nə qədər 5 MB GPRS trafiki əldə edəcəklər.

Faktura dövrü ərzində istifadə edilməmiş pulsuz MB-lar növbəti faktura dövrünə keçirilməyəcək.

Azərcell Telecom BM 1996-cı il, yanvarın 19-da təsis edilib. İlkin təsisçilər qismində Türkcell İletisim Hizmetleri A.S və Azərbaycanın Rabitə Nazirliyi çıxış ediblər.

Şirkət fəaliyyətə1996-cı il dekabrın 15-də başlayaraq, abonentlərinə, sonradan ödəmə əsasında Mobil rabitə xidmətləri təklif edib.

Azərcell Telecom BM 2,5 mln.dan çox abonentə malikdir. Abonentlərin 94 mini fakturalı xətt abonentləridir.

Xəbər lenti

Xəbər lenti