...

Azərbaycan Ümumdünya radiorabitə-2007 konfransında iştirak edir

Telekommunikasiya Materials 23 Oktyabr 2007 04:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Ümumdünya radiorabitə -2007 konfransının 22 oktyabrdan 16 noyabra qədər keçiriləcək plenar iclaslarında iştirak üçün Azərbaycan nümayəndə heyəti Cenevrəyə yola düşüb.

Rabitə və informasiya texnologiyaları nazirliyindən verilən xəbərə görə , Azərbaycan konfransda ITU - yə milli peyk AzerSatın orbital mövqesinin dəqiqləşdirilməsi prosesinin tezləşməsi xahişi ilə müraciət etmək niyyətindədir . Konfransın gündəliyinə həmçinin Azərbaycanın Avropa yaım ərazisinə qoşulması daxildir .

Bundan başqa , konfransda 3G və 4G texnologiyalarının paylaşdırımasına dair azərbaycanın təklifləri irəli sürüləcək .

Konfransın gündəliyi demək olar ki , bütün yerüstü və kosmik xidmətlərin və radiorabitənin tətbiqi əhatə edən 30 sualdan ibarətdir . Bura üçüncü və növbəti səviyyə rabitəsi , hava telemetriya və teleidarəetmə sistemləri , peyk xidmətləri , təhlükəsizlik təminatı və bədbəxt hadisələr üçün dəniz sistemi siqnalları , rəqəmli radioyayım və radiorabitənin təbii fəlakətlərin proqnozlaşdırılması və təyin edilməsi daxildir .

Konfransda hökümət və sahə nümayəndələri , həmçinin beynəlxaln təşkilatlardan olan müşahidəçilər iştirak edəcəklər .

Xəbər lenti

Xəbər lenti