...

Ekspert: "Azərbaycanın İT sahəsində qanunvericilik bazasının modernləşdirilməsinə ehtiyac var"

Telekommunikasiya Materials 13 Noyabr 2007 17:32 (UTC +04:00)
Ekspert: "Azərbaycanın İT sahəsində qanunvericilik bazasının modernləşdirilməsinə ehtiyac var"

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Analitik İnformasiya Siyasəti Mərkəzinin direktoru, ölkənin beynəlxalq "Global Internet Policy Initiative" layihəsi üzrə koordinatoru Yaşar Hacıyev hesab edir ki, bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsində qanunvericilik bazasının modernləşdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, elektron imza, elektron sənəd mübadilələri üzrə qanunvericilik aktları, eləcə də, "Telekommunikasiya haqqında" Qanun təkmilləşdirilməlidir. Müxtəlif telekommunikasiya xidmətlərinin tətbiqi məqsədilə, radiotezlik spektlərinə lisenziyaların verilməsi mexanizminin dəyişdirilməsi də az əhəmiyyət daşımır. Ekspertin fikirincə, digər bir problem, ölkədə adambaşına düşən stasionar telefonların aşağı göstəricisidir. Hazırda 100 nəfərə 15 stasionar telefon düşür. "Texniki nöqteyi-nəzərdən Mobil rabitə ilə bağlı heç bir problemimiz yoxdur, lakin stasionar tipli telefon xətləri haqqında isə bunu demək olmaz. Bu sahədə biz Gürcüstan və Ermənistandan geri qalırıq" - deyə Hacıyev bildirib. 100 nəfərə 20-dən çox stasionar telefonun düşməsi yaxşı göstərici hesab olunur.

Rabitə sahəsinin tariflərinə gəlincə isə, Hacıyev hesab edir ki, Azərbaycanda Mobil rabitənin və internetin baha olması problemdir. Bu tariflərin aşağı düşməsinə bazarda rəqabətin inkişafı kömək edə bilər.

Hacıyev bildirib ki, hazırda ölkədə 5,5 min İnternet səhifəsi fəaliyyət göstərir. Bazar artımına baxmayaraq, ekspert hesab edir ki, 8 milyonluq əhalisi olan bir ölkə üçün bu göstərici kifayət deyil. GİPİ-nin koordinatoru hesab edir ki, bu rəqəm, bir nəfər üçün 500 sayt olmalıdır.

İT sahəsində çalışan kadrların ixtisasının artırılması və ali məktəblərin lazımi avadanlıqla təchiz edilməsi böyük əhəmiyyət kəsb edir. "Yeni universitet yaratmağa ehtiyac yoxdur, mövcud universitetlərin maddi-texniki bazasını möhkəmləndirmək lazımdır" - deyə mərkəzin rəhbəri hesab edir.

Hazırda Azərbaycanda 500 İT şirkəti fəaliyyət göstərir. Bu, 2006-cı ilin göstəricisi ilə müqayisədə, demək olar ki, 12-16% çoxdur. Bu şirkətlərə həm yerli, həm də Azərbaycanda fəaliyyət göstərən iri xarici İT şirkətlərinin nümayəndəlikləri daxildir. "Elektron hakimiyyət" proqramının tətbiqi istiqamətində aktiv iş aparılır, rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı üzrə "Elektron Azərbaycan" dövlət proqramı həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti