Azərbaycan, Bakı, 12 fevral / Trend / Azərbaycanın poçt administrasiyası fevralda Umumdünya Poçt İttifaqının (ÜMİ) beynəlxalq aviakorrespondesiyasının keyfiyyəti haqqında daimi nəzarət sisteminə qoşulub, - Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
"Şəbəkəyə qoşulma ÜPİ-nin tövsiyəsinə müvafiq həyata keçirilib", - Nazirlikdə qeyd edilib.
Sistem ilin sonunadək Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir və Türkiyənin, Rusiyanın, Belarusun, Qazaxıstanın və Estoniyanın müxtəlif şəhərləri arasında qarşılıqlı əsasda daim nəzarət məktublarının göndərilməsini nəzərdə tutub.
Sonra daimi əsasda adi yazı korrespondensiyasının nəzarət-ötürmə müddətləri müəyyən olunacaq və istifadəçilər məlumatlandırılacaq.