...

Azərbaycan hökuməti və "Microsoft" "Xalq kompüteri" layihəsi çərçivəsində təkliflər hazırlayırlar

Telekommunikasiya Materials 25 Fevral 2008 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir S.Babayev / Azərbaycan hökuməti və "Microsoft" martda nəzərdə tutulan İşçi qrupunun növbəti iclasında "Xalq kompüteri" layihəsinin realaşdırılmasına dair təkliflərlə çıxış edərcəklər - bazar ertəsi Rabitə və İnformasiya Nazirliyindən bildiriblər.

"Təkliflərin təqdim edilməsi haqqında qərar layihə üzrə İşçi qrupun bu yaxınlardakı görüşündə qəbul edilib" - nazirlikdən bildiriblər.

"Xalq kompüteri" layihəsinin mahiyyəti əhalinin aztəminatlı təbəqəsinə aşağı faiz dərəcəsi ilə uzun müddətli kreditə kompüter verilməsindən ibarətdir.

"Microsoft" şirkətindən layihənin yeni koordinatoru Roland Xofman "Microsoft"un Azərbaycanla əməkdaşlıq etməsində və layihənin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib.

Layihənin sosial xarakterini nəzərə alaraq, əhalinin dividentlərdən birinci olaraq faydalana biləcək təbəqələri haqqında müzakirələrə xüsusi diqqət yetirilib, oxşar fəaliyyətin artıq həyata keçirildiyi digər ölkələrin təcrübələrindən istifadə etmək təklif edilib.

Layihə üç ilə hesablanıb, lakin bəzi düzəlişlər istisna edilmir. Layihənin ümumi dəyəri hələ müəyyən edilməyib. Əsas məqsəd - kompüterləri ən aşağı qiymətlərlə təklif etməkdir.

Nəzərdə tutulub ki, əhalinin aztəminatlı təbəqəsinə təqdim etmək üçün pilot layihəsi kimi bu il 10 min kompüter alınacaq.

Rabitə Nazirliyinin ilkin hesablamalarına görə, hazırda Azərbaycanda hər 100 nəfərə üç-dörd kompüter düşür. "Xalq kompüteri" layihəsi uğurlu reallaşdırılacağı təqdirdə, bu rəqəmi beş dəfədən artıq artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti