...

Azərbaycan Rabitə Nazirliyi poçt xidmətləri üzrə tarifləri qaldırmağı təklif edir

Telekommunikasiya Materials 12 Aprel 2008 15:06 (UTC +04:00)
Azərbaycan Rabitə Nazirliyi poçt xidmətləri üzrə tarifləri qaldırmağı təklif edir

Azərbaycan, Bakı, 12 aprel/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hökumət qarşısında bəzi poçt xidmətləri tariflərini qaldırmaq təklifi ilə hökumət qarşısında çıxış edib. Bu barədə şənbə günü nazir Əli Abbasov məlumat verib.

"Bu gün Azərbaycan poçtunun vəziyyəti yaxşı deyil. Poçt səmərəli işləyə bilmir", - o bildirib.

Nazir Tarif Şurasına təklif edilən konkret rəqəmləri açıqlamayıb, lakin vurğulayıb ki, bəzi xidmətlər üzrə qiymətlərin 50 faiz artırılması təklif edilib. "Hər şey elə hesablanıb və təhlil edilib ki, göstərilən poçt xidmətlərinin maya dəyəri ödənilsin", - Abbasov qeyd edib.

Nazirin sözlərinə görə, təkliflərin hazırlanmasına Azerpocht dövlət müəssisəsi və Dünya Bankı tərəfindən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi təkan verib. Bu layihə başa çatdıqdan sonra Azərbaycanın poçt şəbəkəsi bank və maliyyə xidmətləri göstərəcək.

Bununla yanaşı Abbasov hesab edir ki, bu gün ənənəvi poçt xidmətləri maya dəyərindən ucuzdur.

Nazir ikinci problem kimi, Azərbaycanın region və şəhərlərində poçt filiallarının məşğul olduğu kommunal ödəmələrin qəbulunun aşağı faizini göstərib.

"Bəzi göstəricilərə görə, daxilolmalar çox azdır. Buna görə biz ödəmələrin faizini qaldırmaq qərarına gəlmişik", - idarə rəhbəri bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti