...

"Teleradio" Azərbaycan ərazisində TV və radio proqramlarının yayımını optimallaşdırır

Telekommunikasiya Materials 23 Aprel 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / " / Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi tərəfindən respublika ərazisində TV və radio proqramlarının optimal yayımını təmin etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.

Rabitə Nazirliyinin məlumatına görə, hazırda Alternativ TV və Simurq TV-nin yayımı Gəncə Radio Televiziya Yayım Mərkəzinin (RTYM) qülləsindən təmin olunur.

Bununla yanaşı, Gəncə şəhərində fəaliyyət göstərən Kəpəz TV-nin yayım keyfiyyətinin yaxşılaşdırılması üçün şirkətə məxsus vericinin Gəncə Radio Televiziya Verici Stansiyaya (RTVS) köçürülməsi işləri aparılır.

Eyni zamanda, özəl Radio-TV proqramların yayımının optimal yayıma uyğunlaşdırılması üçün "Teleradio" İB-nin mütəxəssislərinin köməyi ilə Gülüstan Radio Televiziya Yayım Stansiyasında (RTYS) Azad Azərbaycan Teleradio şirkətinə məxsus 2 kVt-lıq TV verici 5 kVt-lıq TV vericisi ilə, Gəncə RTYS-də olan 1 kVt-lıq TV vericisi 2 kVt-lıq TV vericisi ilə əvəz olunub.

Zaqatala rayon Danaçı RTVS-də isə yeni 1 kVt-lıq 50-ci TVK-da işləyən TV verici qurulub istismara verilib.

Respublikanın şimal bölgəsində fəaliyyət göstərən Region TV-nin yayımı üçün Xaçmaz-Quba arasında Alcoma tipli RRX verici, Quba Radio Stansiyasında isə 1 kVt-lıq Elektronika vericisi quraşdırılıb istismara verilib.

Bundan əlavə, Bürc FM radiosunun əhatə yayımını genişləndirmək məqsədi ilə şirkətin müraciətinə və Milli Televiziya və Radio Şurasının icazəsinə əsasən, Gülüstan RTYS-də 91 MHs tezlikdə və Zaqatala rayon Danaçı RTYS-də 88.6 MHs tezlikdə, Quba RTS-də 100.7 MHs tezlikdə, Lerik RTYS-də 102.8 MHs tezlikdə işləyən 1 kVt-lıq FM vericiləri qurulub istismara verilib.

Xəbər lenti

Xəbər lenti