...

Azərbaycanda ilk teleqüllənin demontaj işləri tamamlanır

Telekommunikasiya Materials 8 May 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir S.Babayeva /Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın günlərdə ölkənin yayım üçün nəzərdə tutulan ilk teleqülləsinin demontaj işlərini tamamlayacaq, bu haqda Dövlət İdarəsindən bildirilib.

1956-cı ildə poladdan quraşdırılan qüllənin blokları 180 metrə çatır.

"Birinci rüb ərzində qüllənin 68 metri artıq sökülüb, tam demontaj işləri isə yaxın günlərdə tamamlanacaq", - nazırlıkdən alınan məlumatda bildirilib.

Bakıda sözügedən telemərkəzin inşasına 1953-cü ildə başlanılıb. 1956-cı il 14 fevralda paytaxtda quraşdırılan teleqüllədən sonra Azərbaycan televiziyası ağ-qara yayımlanmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti