...

Azərbaycan prezidenti 2008-2012-ci illər üçün təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramını təsdiq edib

Telekommunikasiya Materials 11 İyun 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir S.Babayeva / Azərbaycan prezidenti İlham Əliyev "2008-2012-ci illər üçün təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət poqramı"nın təsdiq olunması üçün sərəncam imzalayıb.

Proqramın məqsədi müasir texnologiyaların geniş tətbiqi və əhalinin bütün təbəqələrinin keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi yolu ilə ölkədə vahid ümummilli təhsil mühitini yaratmaqdır.

Təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompüter avadanlığı ilə təchizatı, internet şəbəkəsinin hazırlanması və internetə çıxış, bütün fənlər üzrə elektron elmi-metodik ləvazimatların, elektron təhsil vəsait bazasının (e-learning), təhsildə İKT-nin tətbiqi sahəsində informasiya və vəsait bazası mərkəzinin, vahid təhsil portalının yaradılması, ölkədə məsafəli təhsilin inkişafı, təhsil menecment sisteminin informasiyalaşdırılması, kadr potensialının gücləndirilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə tədbirlərin görülməsi dövlət proqramının tədbirlər planına daxildir.

Dövlət proqramı üzrə koordinasiya orqanı qismində Təhsil Nazirliyi təyin olunub.

Hazırda ölkənin bütün ali təhsil müəssisələri, həmçinin 4562 ümumtəhsil məktəblərinin 82 faizi, 107 texnikumdan 42 faizi, 56 dövlət orta ixtisas məktəblərinin 91 faizi kompüterlərlə təchiz olunub. 2007-ci ilin sonlarına dair məlumatlara əsasən, ölkədə ümumtəhsil məktəblərində 5-11-ci siniflər arasında hər 29 şagirdə, dövlət ali məktəblərində isə hər 28 tələbəyə bir kompüter düşür.

Xəbər lenti

Xəbər lenti