...

Azərbaycanda məktəblərin internet saytlarının sayını artırmaq lazımdır – nazir

Telekommunikasiya Materials 17 İyun 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir S.Babayeva/ Azərbaycanda təqribən 100 məktəb saytı fəaliyyət göstərir, onların sayını artırmaq lazımdır. Bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Gənc kompüter istedadları -2008" müsabiqəsinin nəticələrinin elan olunması mərasimində bildirib. Müsabiqə NR şirkəti və "İntel - Gələcək üçün təhsil" Proqramının yardımı ilə Sumqayıt İcra Hakimiyyəti və Təhsil Şöbəsinin təşəbbüsü ilə təşkil olunub.

"Sumqayıtda olduğu kimi, məktəblilərin bu prosesə cəlb edilməsi həm saytların sayının arması üçün müəyyən şərait yaradacaq, həm də uşaqların diqqətini informasiya texnologiyalarına cəlb edəcək", - deyə nazir bildirib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin sözlərinə görə, şəhərdə təhsil sahəsində informasiya texnologiyalarının sistemli tətbiqi həyata keçirilir. Son bir neçə ildə məktəblərdə kompüterlərin sayı bir neçə dəfə artıb və yaxın gələcəkdə bütün məktəblərin yüksək sürətli İnternet ilə təmin edilməsi planlaşdırılır.

"Məktəblilərin bu prosesə cəlb edilməsi informasiya texnologiyalarının səmərəli tətbiqini artıracaq", - deyə Əliyev bildrib.

Müsabiqənin qalibləri 23, 31, 34, 12, 25, 21, 15 saylı məktəblərin şagirdləri olub.

Onlar NR və KUR-ün təqdim etdiyi noutbuk, fotoaparat və printerlərlə mükafatlandırılıblar.

Müsabiqədə məqsəd məktəblilərin müasir informasiya və kommunikasiya texnologiyalarına (İKT) marağının artırılması, onların İKT-dən istifadə bacarıqlarının yaxşılaşdırılması, həmçinin,orta məktəblərin təhsil prosesində İKT tətbiqinin stimullaşdrılmasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti