...

AZQTELL Azərbaycanda Wi-max xidmətləri göstərməyə başlayır

Telekommunikasiya Materials 27 Avqust 2008 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust/ Trend müxbir S.Babayeva/ AZQTELL telekommunikasiya şirkəti sentyabrdan Azərbaycanda Wi-max xidmətinin (yüksək sürətli naqilsiz İnternet) tətbiqinə başlayacaq, - çərşənbə günü şirkətdən bildiriblər.

"Hazırda sınaq işləri aparılır, stansiyalar quraşdırılır", - AZQTELL - dən bildiriblər. Avadanlıq Amerikanın Cisco şirkətindən alınıb.

Şirkətin xidmətlərinin tarifləri hüquqi və fiziki şəxsləri nəzərə almaqla müəyyən edilib.

AZQTELL birinci mərhələdə - ilin sonuna 1,2 min abunəçi və şəbəkənin bütün Bakı və Abşeron yarımadasının əhatə etməsini, sonrakı üç ildə isə, ölkənin regionlarını əhatə etməsini gözləyir. Bu şirkət texniki baxımdan 4 min abunəçiyə xidmət göstərə bilər.

Şirkət gələcəkdə Wi-max- dan əlavə, istifadəçilərə VoİP,VPN və İP TV texnologiyaları xidmətlərini təqdim etməyi planlaşdırır.

AZQTELL SC 2005 - ci ilin dekabrında yaradılıb. Şirkətin təsisçləri Londonda yerləşən Qtell Global Networks və Bakıda qeydiyyatdan keçmiş Transcaspian Telecom şirkətləridir. 2007- ci ilin birinci rübündə şirkət Azərbaycan ərazisində Wi-max xidmətinin göstərilməsinə dair lisenziya alıb.

Xəbər lenti

Xəbər lenti