...

Azərbaycanda İT - məhsul istehsalı artıb

Telekommunikasiya Materials 16 Oktyabr 2008 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir S.Babayeva/ Yanvar-sentyabrda Azərbaycanda İT-məhsul istehsalı və göstərilmiş İT-xidmətlərin həcmi 33,8 faiz artımla, 617,3 mln. manatlıq göstəriciyə çatıb, - Dövlət Statistika Komitəsi xəbər verir.

Elektron-hesablama və informasiyanın işlənilməsi üçün digər avadanlıq sahəsində istehsalın artımı 2,5 dəfə; ötürücü cihazlar - 2,8 dəfə; nəzarət -ölçü cihazları - 2,1 dəfə; nəzarət avadanlıqlarının quraşdırılması və texnoloji prosesin tənzimlənməsi üzrə - 55 faiz; məişət elektrik malları və radioteleviziya aparatlarının satışı - 66,3 faiz; kompüter, proqram təminatı (PT) satışı üzrə - 19,4 faiz; məsləhət və PT-nin göndərilməsi sahəsində 81,2 faiz; elektrorabitədə - 31,7 faiz; elektroradioelementlərin istehsalında - 3,6 dəfə olub.

Rabitə işçilərinin orta aylıq əmək haqqı 27,1 faiz artıb və 404,3 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti