...

Tbilisidə iri telefon şirkətinin Baş direktoru həbs edilib

Telekommunikasiya Materials 27 Yanvar 2009 14:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/

Bu gün Tbilisidə ölkənin ən böyük telefon şirkətlərindən biri "Qlobal Odin"in Baş direktoru Giorgi Maçitidze saxlanılıb, - Gürcüstan DİN-in Konstitusiya Təhlükəsizliyi Departamentinin sədr müavini Soso Topuridze çərşənbə axşamı brifinqdə bildirib.

"O, korrupsiyada ittiham olunur", - Topuridze deyib.

Maçitidze Gürcüstan Nəzarət Palatasının Maliyyə-Təsərrüfat Departamentinin rəhbəri Tornike Qvazava və Gürcüstan Milli Bankının əməkdaşı David Kvasxvadze ilə birgə saxlanılıb.

İstintaqın məlumatlarına görə, Maçitidze Qvazava vasitəsilə Kvasxvadze ilə sövdələşməyə girib və Milli Bankda kommersiya sirri daşıyan tender barədə məlumat alıb. Bu yolla "Qlobal Odin" şirkəti tenderin digər iştirakçıları qarşısında üstünlük qazanaraq, tenderdə qalib gəlib. 

Fakt üzrə istintaqı DİN-in Konstitusiya Təhlükəsizliyi Departamenti aparır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti