...

"Caspel" "CredAgro" üçün avadanlıq tədarükü həyata keçirəcək

Telekommunikasiya Materials 18 Fevral 2009 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral/ Trend , müxbir S.Babayeva/ "CredAgro" qeyri-bank kredit təşkilatı IBM istehsalı olan server avandanlıqlarını tədarük edəcək şirkəti müəyyən edib. Təşkilatın məlumatında bildirilir ki, avanadlığın tədarükü və quraşdılırılması üzrə keçirilən tenderin qalibi Azərbaycanın "Caspel" telekommunikasiya şirkəti olub.
Tenderə əsasən, iddiaçı IBM şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşı və ya nümayəndəsi olmalı və onlara veriləcək avadanlıqlara görə üç illik zəmanət verməlidir.
"Caspel" yerli sistemli inteqrasiya və konsaltinq xidməti bazarında yeddi ildən artıqdır ki, fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti