...

Azərbaycan RRƏ qrupunun Ümumdünya Radio Əlaqəsi Konfransında iştirak edəcək

Telekommunikasiya Materials 6 Mart 2009 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir S.Babayeva /

Azərbaycan nümayəndə heyəti martın 10-13-də Moskvada baş tutacaq rabitə sahəsində Rabitə sahəsində Regional Əməkdaşlıq (RRƏ) qrupunun Ümumdünya Radio Əlaqəsi Konfransında iştirak edəcək, - Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Nümayəndə heyətinin tərkibinə Radiotezliklər üzrə Dövlət İdarəsi, həmçinin Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin radiotezliklər üzrə idarəsinin əməkdaşları daxildir.

Tədbirin məqsədi 2011-ci ildə Cenevrədə keçiriləcək Ümumdünya Radio Əlaqəsi Konfransına hazırlıqdır.

Rabitə nazirinin müavini İltimas Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin, həmçinin Beynəlxalq Elektron Rabitə İttifaqının üzvləri olan 164 ölkədən 2,8 min nümayəndənin iştirak etdiyi konfrans 2007-ci ilin oktyabrında keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti